Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərini bilməsi, İngilis dili arzuolunandır;
- Bank, Satış və ya Partnyor münasibətləri sahələri üzrə minimum 1 il iş təcrübəsi;
- Şirkətin informasiya sistemlərinin quruluşu və işləmə prinsipləri haqqında dərin biliklər;
- Şirkət fəaliyyətinin əsas istiqamətləri və xidmətləri haqqında dərin biliklər;
- Yaxşı təqdimat bacarığı;
- Bir komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik;
- Müxtəlif mənbələrdən alınan böyük həcmli məlumatlarla işləmək bacarığı, sistematik düşüncə və analitik təhlil qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Partnyorlarla (o cümlədən Banklar) təsdiq edilmiş plana əsasən görüşlər keçirmək və görüşlərin hesabatını hazırlamaq;
- Partnyorlarla münasibətlərin davamlılığını təmin etmək məqsədi ilə əlaqələri möhkəmləndirmək;
- Partnyor şikayətlərinin tez və səmərəli həllini tapmaq;
- Satışları artırmaq məqsədi ilə partnyorları Şirkətin məhsulları və xidmətləri haqqında məlumatlandırmaq;
- Strateji planlama işinin təşkili məqsədi ilə müvafiq təşkilat əməkdaşları ilə daimi görüşlər keçirmək;
- Bazar araşdırması həyata keçirmək və bazar mövqelərinin müəyyən edilməsi istiqamətində işlər aparmaq;
- Gördüyü işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədlərdən CV-lərini “Satış və dəstək şöbəsinin mütəxəssisi” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.