Tələblər:
Ali təhsilli
Qida və içki, restoran, hotelçilik və ya əlaqəli sahədə minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi;
MS Office, Elektra proqramlarında işləmək bacarığı;
Liderlik, təşkilatçılıq və problem həll etmə bacarıqları;
Müştəri məmnuniyyətinə yönəlik yanaşma.
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, əlavə dil biliyi üstünlükdür
Vəzifə öhdəlikləri:
Qida və içki şöbəsinin gündəlik fəaliyyətinin təşkil edilməsi və idarə olunması;
Şöbə əməkdaşlarının işinin planlaşdırılması, koordinasiyası və fəaliyyətinə nəzarət edilməsi;
Qonaqlara təqdim olunan qida və içki xidmətlərinin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;
Menyu, məhsul ehtiyatları və sifariş proseslərinin idarə olunması;
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Şöbənin aylıq və dövri hesabatlarının hazırlanması;
Xidmət keyfiyyətinin artırılması və qonaq məmnuniyyətinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi.
İş şəraiti:
6 günlük iş qrafiki
Əmək haqqı 1200 Azn
İş yeri: Quba İdman İstirahət Təlim Tədris Kompleksi
Qidalanma və yaşayış (qalmaq) ilə təmin olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV formalarını “Qida və İçki Şöbəsinin rəhbəri” mövzusu altında [email protected] e-mail göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər 1 həftə ərzində iş müsahibəsinə dəvət olunacaqlar.