Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis

  • Истекает 18 июль 2026

Namizədə tələblər:

·      Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);

·      MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;

·      İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);

·      AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;

·      Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;

·      Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;

·      Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;

·      İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.

 

Vəzifə öhdəlikləri:

·      Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;

·      Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;

·      İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);

·      Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);

·      Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;

·      Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.

 

İş şəraiti:

İş rejimi: Tam ştat

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  • Daily144
  • Weekly591
  • Monthly2037