Vəzifə haqqında:
- Yeni layihələrin planlaşdırılmasında iştirak etmək;
- Yeni və mövcud layihələrdə sifarişçi və məhsul sahibindən tələblərin alınması və yazılı şəkildə tərtib olunması;
- Developerlərlə sıx əlaqədə olmaq, işlərin tələblərə uyğun aparılmasına nəzarət etmək;
- Mövcud layihələrin analizi, nöqsanlar və boşluqların tapılması, təhlili və düzəliş edilməsi. Təkliflərin verilməsi;
- Şirkətin digər struktur əməkdaşları ilə sıx işləmək və dəstək göstərmək;
- Texniki tapşırıqları hazırlamaq və proseslərin sxemini yaratmaq;
- Test planların hazırlanması və müəyyən hallarda End-to-End testlərin həyata keçirilməsi.
Tələblər:
- İT sahəsində layihələrin aparılmasında iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə, proqramlaşdırma sahəsində arzuolunandır);
- REST APİ, JSON anlayışı, SQL biliyi və verilənlər bazaları ilə işləmə təcrübəsinin olması arzuolunandır;
- Kompüter biliyi: MS Office;
- Layihələrin idarə olunması proqramları ilə iş təcrübəsi arzuolunandır;
- Güclü analitik və problem həll etmə qabiliyyəti.
CV-lərinizi mövzu hissəsində “Biznes Analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.