Tələblər:
- Tibbi təhsil (Ali və ya Orta) (Əczaçılıq ixtisası üstünlük təşkil edir);
- Tibbi biliklərə və ya tibb sahəsində təcrübə;
- Xarici dil biliyi (İngilis dili və ya rus dili) üstünlük təşkil edir;
- Özəl klinika və xəstəxanalarda iş təcrübəsi olan menecer və ya müvafiq sahədə minimum 1 il təcrübə;
- Əla ünsiyyət və təqdimat bacarıqları, təqdimat və təkliflər hazırlamaq bacarığı;
- Komanda ilə işləmə bacarığı, təşəbbüskar və nəticə yönümlü yanaşma.
Vəzifə Öhdəlikləri:
- Kinikaların istifadə etdyi tibbi məhsulların satışını təşkil etmək və həyata keçirmək;
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əlaqələri davamlı olaraq gücləndirmək;
- Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək;
- Müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək və müsbət, uzunmüddətli əlaqələr qurmaq;
- Təyin olunmuş satış hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün effektiv strategiyalar hazırlamaq;
- Satış prosesinin hər bir mərhələsini izləmək, təhlil etmək və satış fəaliyyətlərini optimallaşdırmaq;
- Satış hesabatlarını müntəzəm olaraq hazırlayıb rəhbərliyə təqdim etmək.
İş Şəraiti:
- Əmək haqqı: 1200-1500 AZN (Gross) (Namizədin bilik və bacarıqlarına əsasən dəyişə bilər)
- İş rejimi: I-V günlər - 09:00-18:00
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.