DNŞ üzrə Mütəxəssis

  • Истекает 13 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz komandamıza qoşulacaq DNŞ üzrə Mütəxəssis vəzifəsinə peşəkar namizədləri dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş ərazi üzrə iş proseslərinin təşkili və icrasına nəzarət etmək;
  • Müvafiq fəaliyyət istiqaməti üzrə gündəlik işlərin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
  • Ərazi üzrə mütəmadi monitorinqlər həyata keçirmək və mövcud vəziyyəti qiymətləndirmək;
  • İş prosesində yaranan problemləri və uyğunsuzluqları müəyyən etmək, onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Müvafiq struktur bölmələr və aidiyyəti şəxslərlə işgüzar əlaqələri koordinasiya etmək;
  • Görülmüş işlər, müşahidələr və nəticələr üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə dair tələblər:

  • Bəy namizədlər;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Minimum 2 il iş təcrübəsi;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • MS Office proqramları, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Xarici dil bilikləri üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik və müstəqil işləmək qabiliyyəti;

Əməkhaqqı: 1000–1200 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək).

Şirkət tərəfindən təminatlar:

  • Şəxsi avtomobilin istifadəsinə görə amortizasiya ödənişi;
  • Yanacaq təminatı;
  • Nahar təminatı.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “DNŞ üzrə Mütəxəssis” mövzusu ilə göndərməyiniz xahiş olunur.

  • Daily77
  • Weekly338
  • Monthly917