Əsas vəzifə öhdəlikləri:
- İşə qəbul, xitam, məzuniyyət və digər HR əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- İşçilərin qeydiyyata alınması və şəxsi işlərinin hazırlanması;
- Əmək qanunvericiliyi və daxili prosedurlar çərçivəsində sənədləşmənin aparılması;
- Portallarda (ISB, ƏMAS və s.) işlərin təşkili və izlənməsi;
- Əmək müqavilələrinin hazırlanması, əlavə razılaşmaların və əmrlərin tərtibi;
- Davamiyyətin izlənilməsi.
Tələblər:
- Ali təhsil
- 22-28 yaşlı xanım namizədlər;
- Minimum 1 il insan resursları əməliyyatlar sahəsində iş təcrübəsi mütləqdir.
- Əmək Məcəlləsini və aidiyyəti qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- ƏMAS sistemində sərbəst işləməli;
- Dəqiqlik, məsuliyyət və komandada işləmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 iş günü, saat 09:00 – 18:00;
- İş yeri: Dərnəgül ərazisi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- əmək haqqı 600-800 azn
Müraciət etmək istəyən şəxslərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına İnsan resursları üzrə mütəxəssis başlığı ilə göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.