Tələblər:
- Mühasibatlıq sahəsində minimum 2+ il iş təcrübəsi
- Ali təhsil (maliyyə və ya iqtisadiyyat ixtisası üstünlükdür)
- Vergi Məcəlləsi və mühasibat uçotu haqqında qanunvericiliyi bilmək
- 1C, Excel və digər mühasibat proqramları ilə işləmə bacarığı(mikro üstünlükdür)
- Analitik düşüncə, məsuliyyətli və dəqiq işləmə qabiliyyəti
Vəzifələr:
- Mühasibat uçotunun aparılması və sistemə işlənməsi
- Vergi və DSMF hesabatlarının hazırlanması və göndərilməsi
- Bank əməliyyatlarının və kassa uçotunun aparılması
- Rəhbərliyə maliyyə hesabatlarının təqdim olunması
İş şəraiti
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Nahar şirkət tərəfdən təmin olunur
- Ünvan: Ziya Bünyadov 2082
Uyğun namizədlər cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə mühasib başlığı ilə göndərə bilərlər.