Vəzifə öhdəlikləri:
- Müştərilərin mövcud borc və gecikmə hallarının araşdırılması və təhlili
- Problemli portfel üzrə risklərin qiymətləndirilməsi və idarə olunması
- Borclularla əlaqə saxlayaraq öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan məlumatlandırmanın aparılması
- Tənzimləmə, restrukturizasiya və ödəniş qrafiklərinin hazırlanması
- Göstəricilərin aylıq və həftəlik olaraq hesabatlaşdırılması
- Hüquq şöbəsi və digər müvafiq şöbələrlə koordinasiyalı şəkildə çalışmaq
- Şirkətin daxili qayda və prosedurlarına uyğun olaraq sənədləşmənin aparılması
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq və ya hüquq sahəsi üzrə üstünlük verilir)
- Problemli kredit, risk idarəçiliyi və ya kolleksiya sahəsində minimum 3 il iş təcrübəsi
- Analitik düşünmə və qərarvermə qabiliyyəti
- Şəxsi avtomobilinin olması.
- Effektiv kommunikasiya və danışıq bacarığı
- Stressə davamlılıq və problem həll etmə bacarığı
- Kompüter bilikləri: MS Office (Excel yüksək səviyyədə)
Uyğun namizədlər Problemli Şöbənin rəhbəri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etməlidirlər.