Azəristiliktəchizat ASC Azəristiliktəchizat ASC
  • 296

Azəristiliktəchizat ASC

Gas Supply , Utilities, Power & Renewable Energy

İqtisadiyyat şöbəsinə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İqtisadiyyat şöbəsinə mütəxəssis

  • Deadline 24 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İqtisadiyyat şöbəsində çalışmaq üçün mütəxəssis vəzifəsinə namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisənin fəaliyyətinin iqtisadi göstəricilərinin proqnozlaşdırılması,   illik, rüblük və aylıq iqtisadi planların hazırlanmasında kiştirak etmək;
  • Gəlir və xərclər smetasının hazırlanmasında iştirak etmək;
  • Struktur bölmələrdən daxil olan maliyyə-iqtisadi məlumatları toplamaq və ümumiləşdirmək;
  • Faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsini və kənarlaşmaların təhlilini aparmaq;
  • Xərc maddələri üzrə iqtisadi təhlillər və hesablamalar hazırlamaq;
  • Maliyyə-iqtisadi göstəricilər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
  • Statistik və analitik məlumatları toplamaq, şöbənin səlahiyyətlərinə aid iqtisadi-statistik hesabatların  hazırlamaq;;
  • Rəhbərliyə təqdim olunmaq üçün  arayış, cədvəl və təqdimatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər iqtisadi hesablamaları həyata keçirmək.
  • Öz fəaliyyət sahəsi üzrə qanunvericiliyin, cəmiyyətin nizamnaməsinin, daxili qaydaların və rəhbərliyin əmrlərinin tələblərinə riayət etmək;
  • Kommersiya və xidməti məlumatların məxfiliyini qorumaq.

Namizədə tələblər

  • Ali təhsil – iqtisadiyyat və ya digər uyğun ixtisas;
  • İqtisadi və maliyyə göstəricilərini təhlil etmək bacarığı;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Excel-də formulalar, Pivot Table, məlumatların emalı və analizi üzrə praktiki bacarıqlar;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Hesabat və analitik sənədlərin hazırlanması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

Üstünlük veriləcək

  • İqtisadiyyat, büdcə, maliyyə və ya analitika sahəsində iş təcrübəsi;
  • Power BI və digər analitik alətlərlə işləmə bacarığı;
  • Maliyyə modelləşdirilməsi və proqnozlaşdırma üzrə biliklər;

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Əmək haqqı: müsabiqənin nəticələrindən asılı olaraq razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri.

Maraqlanan namizədlər CV-lərini “İqtisadiyyat şöbəsinə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily147
  • Weekly286
  • Monthly2045