Əsas vəzifə və öhdəliklər
- İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək;
- Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
- Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili;
- Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
- HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək;
- Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
- Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.
Namizədə dair tələblər
- İnsan resurslarının idarə edilməsi, menecment və ya müvafiq sahə üzrə ali təhsil;
- HR sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək;
- Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər;
- MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı;
- Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür;
- Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür;
- Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı;
- Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
· Azərbaycan, rus və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
· İş yeri: Bakı şəhəri
· İş rejimi: 5 gün/ 09:00 – 18:00
· Əmək haqqı müsahibə əsasında təyin olunacaq
· AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul
CV-lər [email protected] və [email protected] mail ünvanlarına təqdim olunsun.