Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
- Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
- Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
- Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
- Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
- Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
- Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;
- Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.
Bilməlidir:
- Tikinti inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstəricilərini, metodiki normativ və digər rəhbər materialları;
- Rayon planlaşdırılması sxemini və şəhərlərin baş planını;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair bilikləri;
- Layihələndirmənin metodlarını;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları; Texniki şərtləri və digər rəhbər materialları;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
- Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit və s.;
- Tikinti norma və qaydalarına dair biliklər;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Zəhmət olmasa, uyğun namizədlər CV və Portfoliolarını mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərlər. Yalnız qeyd olunan vəzifələr üzrə mütəxəssislər axtarılır.