Vəzifə öhdəlikləri:
- Biznes tələblərini başa düşmək, təhlil etmək və onları prioritetləşdirmək, uyğun həll yolları təklif etmək.
- Məlumatları qabaqcıl analitik vasitələrlə toplamaq, təmizləmək, təhlil etmək və vizuallaşdırmaq.
- Xidmət və məhsul portfelini təkmilləşdirmək üçün analitik təhlillər aparmaq və biznes üçün strateji təkliflər hazırlamaq.
- Kampaniya nəticələrinin izlənilməsi və qiymətləndirilməsi üzrə təhlillər aparmaq, müvafiq hesabatlar hazırlamaq və optimallaşdırma üzrə təkliflər vermək.
- Statistik analiz əsasında proqnozlar və biznes həlləri təklif etmək.
- Analitik nəticələri qeyri texniki auditoriya üçün aydın və anlaşılan formada təqdim etmək.
- Hesabatların optimallaşdırılması və avtomatlaşdırılması üçün davamlı proses təkmilləşdirmələri həyata keçirmək.
Tələblər:
- Biznesin idarə edilməsi, statistika, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi.
- Biznes və data analitiki, məlumat təhlili və ya əlaqəli sahələrdə minimum 1 il iş təcrübəsi.
- Excel, Python, R kimi məlumat təhlili və modelləşdirmə alətlərində dərin bilik və təcrübə.
- Qabaqcıl statistik metodlar, verilənlərin modelləşdirilməsi, A/B testləri, zaman seriyaları analizi və proqnozlaşdırma modellərində təcrübə.
- Power BI vizuallaşdırılması alətlərində yüksək səviyyəli bilik.
- Məlumatların təhlili əsasında biznes qərarları qəbul etmək bacarığı və biznes proseslərini dərindən anlama.
- Mürəkkəb məlumatları sadə və aydın şəkildə təqdim etmək bacarığı
İş qrafiki – 5 gün Əlavə güzəştlər – yemək xərci, GSM nömrə
Uyğun namizədlər CV-ni elektron poçt ünvanına göndərsin.