Azərşəkər LLC Azərşəkər LLC
  • 911

Baş energetik (Füzuli Rayonu)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş energetik (Füzuli Rayonu)

  • Deadline 11 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təsərrüfatda mövcud olan 35 kV gədər  elektrik avadanlıqların texniki cəhətdən düzgün istismarını, təmirini və enerjinin qənaətlə sərfinə nəzarəti təşkil etmək
  • Elektrik avadanlıqlarının, elektrik enerjisinin uçotu və sərfinin təhlilinin, enerji təsərrüfatı işlərinin texniki-iqtisadi göstəricilərinin, qəzalar, onların səbəblərinin azalması və ya çoxalmasının uçotunu təşkil etmək
  • Profilaktik təmirlərin, texniki yoxlamanın və hazırlıq planlarının yerinə yetirilməsinə nəzarət etmək
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
  • Təsərrüfatın yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək;
  • Təsərrüfatı elektrik enerjisi ilə təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların aparılması, icra edilməsi və  müştərək işlərin təşkil edilməsi
  • Təsərrüfatın enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
  • Ehtiyat hissələrinin və materialların avadanlıqların tələbatına  əsasən  Təsərrüfatın enerji təsərrüfatını təmin etmək;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
  • Yeni istifadəyə verilmiş texnoloji qurğuların elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
  • Təsərrüfatın elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə əlaqəni təmin etmək  ;
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar sənədləri hazırlamaq
  • Təmir işləri ilə əlaqədar qüsur cədvəlləri və avadanlıqların əsaslı təmiri üçün smetaların baxılıb razılaşdırılması;
  • Əmək funksiyasını icra etdiyi sahə və şöbələrdə elektrik nəzarətin edilməsi.
  • Şəbəkənin və elektrik avadanlıqlarının,  təhlükəsiz istismarını təmin etmək;
  • Elektrik avadanlıqlarının illik ,aylıq ,günlük  carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək.
  • Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
  • Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək.

Vəzifə tələbləri:

  • Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
  • Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydaları;
  • Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
  • Enerji təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
  • Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydaları;
  • Avtomatika sistemləri,kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

Əlavə məlumat:

  • Struktur: Əməliyyatlar departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
  • İş yeri: Füzuli rayonu, Qayıdış qəsəbəsi
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00; Şənbə günü 09:00-13:00);
  • Nahar: Müəssisə tərəfindən qarşılanır.
  • Nəqliyyat: Müəssisə tərəfindən qarşılanır.
  • Son müraciət tarixi: 11.12.2024

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş energetik) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

  • Daily19
  • Weekly547
  • Monthly2190