Azərşəkər LLC Azərşəkər LLC

Azərşəkər LLC

Food Products , Agricultural Products

Satınalmalar üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalmalar üzrə mütəxəssis

  • Deadline 15 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Təchizatçılar ilə əlaqələrin qurulması; 
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
  • Satınalma müqavilələrini  aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq;
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək.

Vəzifə tələbləri:

  • Maliyyə, iqtisadiyyat və ya təchizat zəncirləri sahəsi üzrə ali ixtisas təhsili;
  • Qeyd olunan vəzifə üzrə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • CİPS biliyi üstünlükdür
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığıı;
  • Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
  • Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
  • Mükəmməl ünsiyyət və danışıq bacarıqları.İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Azərbaycan və İngilis dili səlis (Rus dili bilikləri arzuolunandır)

Əlavə məlumat:

  • Struktur: Satınalmalar departamenti
  • Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satınalmalar üzrə mütəxəssis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. 

  • Daily0
  • Weekly0
  • Monthly2479