Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;
- Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;
- İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Vəzifə tələbləri:
- Ali təhsilin olması tələb edilir.
- Müvafiq sahə üzrə mütəxəssis kimi ən az 1 il iş təcrübəsi tələb edilir.
- SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;
- Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı, hesabatlılıq;
- Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik;
- Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;
- Liderlik bacarıqları, detallı və analitik düşüncə və s
Əlavə məlumat:
- Struktur: SƏTƏMM şöbəsi
- Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
- Funksional rəhbəri: SƏTƏMM üzrə menecer
- İş yeri: Yevlax, Ağcabədi və Füzuli rayonları
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını SƏTƏMM üzrə mütəxəssis- müvafiq region qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq