A Azərsilah Müdafiə Sənayesi Holdinqi
  • 1.6K

Azərsilah Müdafiə Sənayesi Holdinqi

Government

SƏTƏM şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM şöbəsinin müdiri

  • Deadline 28 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri:  Bakı şəhəri

Əmək funksiyası:

  • İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil olunması
  • Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək
  • İş şəraiti nəzərə alınmaqla qiymətləndirilən müvafiq risklərin səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin təşkil etmək
  • İstehsal proseslərində avadanlıq və qurğuların təhlükəsiz istismarını təşkil etmək
  •  Zavod ərazisində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkil
  • Zavodun işçi heyətinin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, həmçinin, ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin və zavodda tətbiq olunan beynəlxalq standartların, Zavoddaxili aidiyyəti normativ sənədlərin tələblərinə əməl edilməsinə nəzarət etmək
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə aşkara çıxarılmış aidiyyəti çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etmək, bu barədə aidiyyəti üzrə SƏTƏM departament direktorunu məlumatlandırmaq
  • Zavodun istehsalat sahələrində ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək
  • Səlahiyyətləri çərçivəsində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların, təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertfikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyin alınması işinin şöbədaxili təşkili həyata keçirmək və prosesə nəzarət etmək
  • Fövqəladə hallara hazırlıq təlimləri, məşqləri keçirməli və fəaliyyət planı ilə birlikdə fövqəladə hallara hazırlıq məşqlərinin hesabatı hazırlamalı
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək
  • Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasına nəzarət etmək
  • Vaxtdaşırı SƏTƏM departament rəhbəri ilə toplantılarda iştirak etmək zavodda olan problemlərin aradan qaldırılması üçün tədbirləri müzakirə etmək
  • SƏTƏM üzrə həftəlik və aylıq hesabatların hazırlanıb yuxarı rəhbərliyə göndərilməsinin təşkil edilməsi və aşkarlanmış uyğunsuzluqlarla bağlı qiymətləndirmələrin aparılması
  • SƏTƏM işçilərinə nəzarət, gündəlik hesabatların qəbul edilməsi uyğunsuzluqların aradan qaldırılmasının təşkili.

Vəzifə tələbləri:

     Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

     Təhsil ixtisası-(Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi üzrə üstünlük verilir) 

      İş təcrübəsi (minimum)- SƏTƏM sahəsi üzrə 15-ildən yuxarı (istehsalat təcrübəsinin olması vacibdir)

     Dil bilikləri- Azərbaycan dili, (Rus, İnglis dilidə arzuolunandır)

     Kompüter bilikləri- Peşəkar səviyyədə Microsoft office proqramları, Word, Exel, Power point.

     Digər zəruri tələblər- • SƏTƏM üzrə sənəd, formaların hazırlama bacarığı

  • Yüksək psixoloji dayanıqlılıq
  • İşçi heyətini anlama və onlarla davranış bacarığı
  • Digər şöbə və bölmə rəhbərlərin ilə əlaqə yaratma və birlikdə işləmə bacarığı.

Vəzifənin tələb etdiyi sətiştəliliklər:

  • Analitik düşünmə qabiliyyətli olmalı 
  • Problemləri qaydalar çərçivəsində düzgün və daha asan analiz etməyi bacarmalıdır.
  • Yüksək səviyyədə diqqətcil və bütün iş proseslərinin icrasında məsuliyyətli olmalıdır.
  • Nizam-intizama, prosedur qaydalarına ciddi riayət etməlidir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində SƏTƏM şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur

  • Daily87
  • Weekly424
  • Monthly2062