Müəssisə: KÜRDƏMİR SÜD EM. ZAV. MMC
Namizədə aid tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Toxumçuluq, bitki istehsalının, əkinçilik təcrübəsinin və təsərrüfat avadanlıqlarının istismarı haqqında məlumatlı olmalı;
- Toxumçuluğun və bitki yetişdirilməsinin yaxşılaşdırılması üçün tədqiqat üsulları və texnikalarını bilməli;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
İş haqqında məlumat:
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Əkin sahələrində torpağın məhsuldarlığını artırmaq;
- Təsərrüfatda daxili yerquruluşu işlərini aparmaq;
- Əkin dövriyyəsini tətbiq etmək, əkin sahələrinin səmərəli quruluşunu vermək, təbii torpaqları yaxşılaşdırmaq, bu sahələri eroziyadan qorumaq, yem bitkiləri əkinin və çoxillik əkmələrin sahəsini genişləndirmək və yüksək aqrotexnikanın tətbiqini təmin etmək;
- Əkin sahələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki, iqtisadi və təşkilati tədbirləri hazırlayır və istehsalatda tətbiq edir;
- Kənd təsərrüfatı bitkilərinin çoxaldılması, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlərdə iştirak edir və təkminləşdirməsini həyata keçirir;
- Əkin və məhsuldarlığın artırılması üçün tədqiqatlar aparmaq;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Müraciət üçün link Müraciət Et düyməsində qeyd olunub.
İş Yeri: Kürdəmir rayonu