Avadanlıqlar üzrə Layihə Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avadanlıqlar üzrə Layihə Mühəndisi

  • Deadline 16 November 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Təsviri:  

Azərsun Holding olaraq, Avadanlıqlar layihə mühəndisi axtarışındayıq, Bu mühəndislərin əsas vəzifələri avadanlıqların texniki tələblərə uyğun dizayn edilməsi, sistemlərin optimallaşdırılması, müvafiq təhlükəsizlik standartlarına uyğun layihələrin hazırlanması və təhvil verilməsi ilə bağlıdır.

Tələblər:  

  • Mühəndislik sahəsində bakalavr və ya magistr dərəcəsi (mexanika, elektrik, avadanlıqlar üzrə ixtisaslaşma üstünlükdür).  
  • Layihə idarəetməsi və ya avadanlıq dizaynı sahəsində ən azı 3 il iş təcrübəsi.  
  • Mühəndislik proqramları (AutoCAD, SolidWorks, və s.) üzrə bilik.  
  • Yüksək analitik düşüncə və problem həll etmə qabiliyyəti.  
  • Güclü ünsiyyət və komanda işi bacarıqları.  
  • İngilis dilində bilik (üstünlükdür).

Vəzifə öhdəlikləri

  • Layihələrin məqsəd və tələblərini müəyyən etmək.  
  • Avadanlıqların və sistemlərin dizaynını hazırlamaq.  
  • Prototiplərin hazırlanması və müvafiq mühəndislik standartlarına uyğunluğunu təmin etmək.  
  • İstehsal prosesləri, materiallar və texnologiyalarla bağlı tədqiqat aparmaq.  
  • Texniki sənədlərin hazırlanması və saxlanması.  
  • Təchizatçılarla əməkdaşlıq etmək və işlərini izləmək.  
  • Avadanlıqların sınaqdan keçirilməsi və zəruri dəyişikliklərin edilməsi.  
  • Layihələrin icrasını izləmək və hesabatlar hazırlamaq.  
  • Təkmilləşdirmə və Yeniliklər: Mövcud avadanlıq və sistemləri təkmilləşdirmək və yeni   texnologiyaları tətbiq etmək üçün araşdırmalar aparır.

İş şərtləri:

  • İş ünvanı: Bakı 
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir.

Son müraciət tarix: 15.11.2024 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində müvafiq şəhərin adını qeyd edərək “Avadanlıqlar üzrə Layihə Mühəndisi” qeyd etməyiniz xahiş olunur

  • Daily35
  • Weekly110
  • Monthly742