Brend üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Brend üzrə Baş mütəxəssis

  • Deadline 1 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
  • Rus dilini və İngilis dili biliyi arzuolunandır;
  • MS office yaxşı səviyyədə bilməli

İş Haqqında Məlumat:

  • Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi;
  • Yaradıcı agentliyə  marka ünsiyyət dilinə uyğun brif verilməsi və prosesin idarə edilməsi;
  • Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması;
  • Reklam material dizaynlarının hazırlanması üçün agentliklərin məlumatlandırılması, müvafiq proqramı vasitəsi ilə kod açılması və  sifariş tələbinin formalaşdırılması və marketlərdə yerləşdirilməsinin təmin edilməsi;
  • Görülmüş xidmətlər qarşılığında agentlik ödəniş sənədlərinin qəbul edilməsi, ödəniş tələbinin açılması və ödənilməsinin təqib edilməsi;
  • Yeni məhsul üçün şirkət daxili müvafiq proqramında etiket və məhsul tələblərinin açılması;
  • Mütəmadi olaraq satış analizlərinin  hesabatlarının verilməsi və analiz  nəticələrinə uyğun həll yönümlü təkliflərin verilməsi;
  • TV, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi;
  • Məsul olduğu kateqori, marka portfelində  məhsul satışlarını izlənilməsi  lazımi optimizasiya təkliflərinin verilməsi;
  • Agentlik tərəfindən göndərilən aylıq rəqəmsal post və media plana fikir bildirməsi;
  • Marketing büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi;
  • Keçirilmiş marketing kampaniya pressreliz mətnlərinin yazılması;
  • Ticarət marketinq  və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan  məhsullarla ilgili önləm  alınması üçün satış və ticari  marketinq komandasının məlumatlandırılması;
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımı adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək;
  • Rəqabətcil məhsul qiymət strategiyalarının hazırlanması;

İş şəraiti:

  • İş vaxtı: 5 günlük iş rejimi
  • İstirahət günü: Şənbə və Bazar günü

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar xidməti şirkət tərəfindən təmin edilir.
  • Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar.

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində "Brend üzrə Baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

  • Daily132
  • Weekly596
  • Monthly714