Daşınmaz əmlak satışı və kirayəsi üzrə ekspert

  • Deadline 4 June 2026

Talep No:  28361

Müəssisə:  XƏYAL ADASI MMC

Dreamland Baku ərazisində yaşayış və kommersiya obyektlərinin satışı və kirayəsi üzrə prosesləri idarə edəcək peşəkar əməkdaşları komandamıza dəvət edirik.

Namizəd Dreamland daxilində satış və icarəyə təqdim olunan mənzil, villa və digər yaşayış obyektləri üzrə müştəri bazasının formalaşdırılması, potensial alıcı və kirayəçilərlə əlaqələrin qurulması, obyekt təqdimatlarının təşkili və satış prosesinin effektiv idarə olunmasına cavabdeh olacaq.

Tələblər:

  • Əmlak satışı və ya kirayəsi sahəsində minimum 4 il iş təcrübəsi;
  • Satış bacarığı və müştəriyönümlü yanaşma;
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  • Peşəkar danışıqlar aparmaq və nəticəyə fokuslanmaq bacarığı;
  • Potensial müştərilərlə aktiv işləmək və uzunmüddətli əlaqələr qurmaq bacarığı;
  • Məsuliyyətli, aktiv, intizamlı və təşəbbüskar olmaq;
  • CRM sistemi və satış pipeline idarəçiliyi üzrə bilik və təcrübə üstünlükdür;
  • Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür;
  • Dreamland Baku və ətraf ərazilər haqqında məlumatlı olmaq üstünlük sayılır;
  • Korporativ müştərilər, investorlar və beynəlxalq alıcılarla işləmə təcrübəsi üstünlükdür.
  • Premium satış sahəsində təcrübə üstünlük hesab olunur;

Əsas Vəzifə Öhdəlikləri: 

  • Dreamland Baku ərazisində yaşayış və kommersiya obyektlərinin satışı və kirayəsi üzrə proseslərin idarə edilməsi;
  • Müştərilərlə ilkin əlaqənin qurulması, ehtiyaclarının müəyyən edilməsi və uyğun obyektlərin təqdim olunması;
  • Satış və kirayə üçün mövcud mənzil, villa və digər obyektlərin təqdimatının aparılması;
  • Obyektlərə baxışların, təqdimat turlarının və satış görüşlərinin təşkili və müşayiət edilməsi;
  • Müştərilərə Dreamland Baku ərazisi, layihə, obyektlər, qiymətlər, ödəniş şərtləri və üstünlüklər barədə dolğun məlumat verilməsi;
  • Potensial alıcılar və kirayəçilərlə aktiv əlaqələrin qurulması və davamlı ünsiyyətin saxlanılması;
  • Satış pipeline və lead-lərin gündəlik idarə olunması;
  • CRM sistemində müştəri məlumatlarının düzgün və vaxtında qeydiyyatının aparılması;
  • Müştəri bazasının formalaşdırılması, inkişaf etdirilməsi və yenilənməsi;
  • Satış və kirayə danışıqlarının aparılması;
  • Premium müştəri seqmenti ilə peşəkar ünsiyyət və danışıqların qurulması;
  • Korporativ müştərilər, investorlar və beynəlxalq alıcılarla əlaqələrin genişləndirilməsi;
  • Satış müqavilələri, rezervasiyalar və ilkin sənədləşmə prosesində iştirak;
  • Resident və investor məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətin həyata keçirilməsi;
  • Əmlak bazarı üzrə yeniliklərin, mövcud bazar trendlərinin, rəqiblərin və qiymət siyasətinin izlənilməsi;
  • Satış və kirayə üzrə aylıq KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Marketinq komandası ilə birgə kampaniyalar, təqdimatlar və satış yönümlü fəaliyyətlər üzrə əməkdaşlıq;
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şəraiti

  • İş Qrafiki: Həftədə 5 gün, həftə içi 2 gün istirahət
  • İş yeri: Bakı, Dreamland
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Daşınmaz əmlak satışı və kirayəsi üzrə ekspert - 28361” qeyd etməyiniz xahiş olunur.

  • Daily94
  • Weekly251
  • Monthly384