Elektrik mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektrik mühəndisi

  • Истекает 4 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsilli olmalı;
  • Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi;
  • Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarını bilməli;
  • Hesabat hazırlama və analiz etmə qabiliyyəti olmalı.

İş haqqında məlumat:

  • Elektrik terminaldakı qurğuların, avadanlıqların, mexanizmlərin enerji ilə təmin olunmasını daim yoxlamalı və aşkar olunan nasazlıqları operativ surətdə aradan qaldırmasını təmin etməlidir;
  • Obyektlərin bütün enerji növləri ilə fasiləsiz təchiz edilməsi, bütün enerji qurğularının qənaətli istismarını  və enerji qurğularının, avadanlıqlarının və kommunikasiyaların texniki vəziyyətinin saz saxlanmasını təmin etməlidir;
  • Qəzaya qarşı tədbirlər planı işləyib hazırlamalı və həyata keçirməli, enerji avadanlıqlarının və qurğularının qəzalarının qeydiyyatını və analizini aparmalı, ola biləcək qəzalar haqqında məlumatları vaxtında yuxarı təşkilatlara təqdim etməlidir;
  • Enerji balansını tərtib edir, yeni texnikanın tətbiq edilməsini, elektrik sxemlərinin təkmilləşdirilməsini,  avadanlıqların artıq yüklənmələrinin azaldılmasını, obyektlərdə enerji daşıyıcılarının sərfinin qeydiyyatını, cihazların səmərəli şəkildə yerləşdirilməsini, elektrik avadanlıqlarında və enerji qurğularında quraşdırılmış  nəzarət-ölçü, qeydiyyat və mühafizə aparatlarına nəzarət olunmasını, yoxlanmasını və təmirini təmin etməlidir;
  • Enerji avadanlıqlarının və qurğularının aylıq və illik təmir-baxış, profilaktik  baxış qrafiklərini təsdiq etməlidir.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Elektrik mühəndisi  (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly606
  • Monthly1889