Elektronçu

  • Истекает 7 сентябрь 2025

Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

  • Ali təhsil (Elektrik mühəndisliyi və ya əlaqəli sahələrdə)
  • Tələb olunan vəzifə üzrə minimum 3 (üç) il iş təcrübəsi.
  • Elektron avadanlıqların təmiri və diaqnostikası üzrə geniş təcrübə.
  • Komponent və modul səviyyəsində təmir bacarığı.
  • Elektron sxemlərin oxunması və analizində mükəmməl biliklər.
  • Elektron platalardakı nasazlıqları aşkarlamaq və aradan qaldırmaq bacarığı.
  • Lehimləmə avadanlıqları ilə sərbəst işləmə təcrübəsi.
  • Elektron cihazların texniki vəziyyətinin diaqnostikası və baxışı.
  • Elektron ehtiyat hissələrinin təmiri və dəyişdirilməsi.
  • Texniki sənədlər və standartlarla işləmə təcrübəsi.
  • Elektron avadanlıqların istismar qaydalarına dair təlimatlar hazırlamaq bacarığı.
  • Ali texniki təhsil (Elektronika, Elektrik mühəndisliyi və ya müvafiq sahə).
  • Müasir test və diaqnostika avadanlıqlarından istifadə təcrübəsi.
  • PCB dizaynı və plataların çap olunması üzrə təcrübə.
  • PCB dizaynı üçün müvafiq proqramlardan (məsələn, Altium Designer, Eagle, KiCad və s.) istifadə bacarığı.
  • PCB-nin təhlili və optimallaşdırılması üzrə biliklər.
  • PCB-nin səhvlərini və nasazlıqlarını aşkar etmək və düzəltmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Elektrotexniki maşın və avadanlıq sistemlərə nəzarət və tələb olunanda təmiri;
  • İllik planların, iş, texniki xidmət, avadanlığın təmiri cədvəllərinin, onların istismarının yaxşılaşdırılması, işin keyfiyyətinin artırılması və digər tədbirlərin  işlənib hazırlanmasında iştirak etmək;
  • Maşın və avadanlıqların normal iş rejiminə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirilməsi, avadanlığın elektron elementlərinin parametrlərinə və sazlığına nəzarət edir, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə test üzrə yoxlamalar aparır və onları təmir edir;
  • Maşın və avadanlıqların, radioelektron aparatlarının element və bloklarını və ayrı-ayrı qurğu və düyünlərini qaydaya salır;
  • Maşın və avadanlıqların texniki xidmət edir; onun istifadəsini, iş qabiliyyətini, profilaktik və cari təmirinin aparılmasını təmin edir;
  • Təsdiq olunmuş sənədlərə uyğun olaraq təmir işlərini vaxtında və keyfiyyətlə aparılması tədbirlərini görür;
  • Avadanlığın təmir və sınaq işlərinin aparılmasına, onun təlimatlara uyğun istismar olunmasına nəzarət edir. Elektron avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması, onlara profilaktik baxış və cari təmirin aparılması, avadanlığın əsaslı təmirdən sonra qəbul edilməsi, eləcə də yeni istismara verilən avadanlığın qəbulu və istifadəsində iştirak edir;
  • Maşın və avadanlıqların texniki imkanlarını genişləndirmək, istehsalatın artırılmasına və keyfiyətin yüksəldilməsi məqsədilə əlavə olaraq xarici qurğu və avadanlıqları qoşma imkanını öyrənir;
  • Avadanlığın istifadə olunmasının uçotunu aparır və göstəricilərini təhlil edir, onun iş rejimini və istismar olunması şərtlərini öyrənir, elektron avadanlığın istismarı və ona texniki xidmət üzrə normativ sənədləri işləyib hazırlayır;
  • Avadanlığa və onun ehtiyat hissələrinə sifarişləri, təmir aparılması üçün texniki sənədləri və iş üzrə hesabatları tərtib edir;
  • Elektron avadanlığının düzgün texniki istismarını, fasiləsiz yüksək məhsuldarlıq işini təmin etmək.

İş Haqqında Məlumat:

  • Müəssisə: Qafqaz Konserv Fabriki
  • İş Qrafiki: Həftəiçi 5 gün
  • İş Yeri: Xaçmaz rayonu

Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Elektronçu (Qafqaz Konserv Fabriki)" qeyd etməyiniz xahiş olunur.

  • Daily34
  • Weekly500
  • Monthly619