Vəzifənin ümumi təsviri:
- Briqadir tikinti sahəsində gündəlik iş prosesinin təşkilinə, briqadanın fəaliyyətinin koordinasiyasına və tikinti işlərinin layihə, texniki tələblər və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilməsinə cavabdehdir. Bu vəzifə işçilər arasında tapşırıqların bölüşdürülməsini, işlərin vaxtında tamamlanmasına nəzarəti, tikinti materiallarının səmərəli istifadəsini və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir. Eyni zamanda, sahədə yaranan texniki və təşkilati məsələlərin operativ həllinə dəstək verir və görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim edir.
Ümumi Tələblər
- Tikinti sahəsində ən azı 3 il briqadir və ya oxşar vəzifədə iş təcrübəsi.
- Oxşar sahədə ali təhsil
- Sürücülük vəsiqəsi
- Tikinti proseslərini və materiallarını yaxşı bilmək.
- Komandanı idarəetmə və təşkilatçılıq bacarığı.
- Layihə oxuma və texniki sənədlərlə işləmək bacarığı (üstünlükdür).
- Məsuliyyətli, intizamlı və operativ qərarvermə bacarığı.
İş Haqqında Məlumat
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində briqadanın gündəlik işini təşkil və idarə etmək.
- İşçilər arasında tapşırıqları bölüşdürmək və işin vaxtında icrasına nəzarət etmək.
- Tikinti işlərinin layihəyə, texniki tələblərə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsini təmin etmək.
- Tikinti materiallarının düzgün istifadəsinə və qorunmasına nəzarət etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
- Görülən işlər barədə rəhbərliyə gündəlik və ya həftəlik hesabat vermək.
- Sahədə yaranan texniki və təşkilati problemlərin operativ həllinə dəstək olmaq.
- İş qrafikinə və layihə müddətlərinə riayət olunmasına nəzarət etmək.
İş şəraiti
- İş yeri: İmişli
- İş qrafiki: həftədə 5 gün
- Nahar şirkət tərəfindən təmin edilir.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “İnşaat Briqadiri-İmişli” qeyd etməklə göndərə bilərlər.