İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri

  • Deadline 1 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VƏZİFƏNİN MƏQSƏDİ:

İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri vəzifəsinin əsas məqsədi tikinti və istehsalat obyektlərinin layihələndirilməsi prosesini planlamaq, koordinasiya etmək və həyata keçirməkdir. Vəzifə sahibi layihənin ilkin konsepsiyasından icra mərhələsinə qədər bütün texniki sənədlərin və planların hazırlanmasına nəzarət etməli, komanda rəhbərliyi və dövlət orqanları ilə əlaqəni təmin etməlidir.

ƏSAS VƏZİFƏ VƏ FUNKSİYALARI:

Layihələndirmə və Texniki İdarəetmə:

  • Tikinti və sənaye obyektlərinin dizayn həllərinin işlənməsi və layihələrin hazırlanması
  • Baş memar və texniki heyətlə birgə memarlıq və mühəndislik dizaynlarının koordinasiyası
  • Elektrik, mexanika və infrastruktur üzrə texniki qərarların uyğunluğunu təmin etmək

Komanda Rəhbərliyi və Koordinasiya:

  • Şöbənin təşkilati idarəolunması və daxili komanda üzvləri arasında tapşırıqların bölgüsü
  • Memar, mühəndis və dizaynerlərdən ibarət komandanın fəaliyyətinə rəhbərlik
  • İcraçı mühəndislərlə layihə uyğunluğunun təmin edilməsi

Keyfiyyət və Nəzarət:

  • Layihə sənədlərinin standartlara, normativlərə və müştəri tələblərinə uyğunluğunun yoxlanması
  • Texniki rəyin verilməsi və dizayn mərhələsində risklərin idarə olunması
  • Rəsmiləşdirilmiş layihələrin ekspertizaya hazırlanması və təhlili

Əlaqə və Təmsilçilik:

  • Layihə rəhbərliyi, dövlət orqanları və müştərilərlə texniki görüşlərdə iştirak
  • FHN, Tikinti Nazirliyi və digər təsdiqləyici orqanlarla əlaqələrin qurulması
  • Tabeçiliyində olan işçilərin peşəkar inkişafına dəstək

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Təhsil: Ali texniki təhsil (memarlıq, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
  • İş təcrübəsi: Minimum 10 il layihələndirmə, tikinti və sənaye obyektlərinin dizaynı sahəsində təcrübə. Rəhbər vəzifələrdə təcrübə (arzuolunandır)
  • Kompüter bilikləri: AutoCAD, Revit, ArchiCAD, SketchUp, Lumion, MS Office proqramlarında sərbəst işləmək bacarığı

Texniki və nəzəri biliklər:

  • Layihələrin memarlıq və mühəndislik hissələrinin işlənməsi
  • İstehsalat, zavod və sənaye obyektlərinin funksional planlaşdırılması
  • Layihələrin normativ sənədlərə və tikinti qaydalarına uyğun hazırlanması
  • Müxtəlif mühəndislik sahələrinin inteqrasiyasını təmin etmək bacarığı (elektrik, mexanika və s.)
  • 3D vizualizasiya və render sahəsində bacarıqlar

MÜRACİƏT QAYDASI:

Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri” yazılmağınız xahiş olunur.

  • Daily0
  • Weekly478
  • Monthly597