İnsan resursları üzrə kiçik mütəxəssis

  • Истекает 18 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərsun Holdinqə daxil olan Xaçmaz Konserv Fabrikində İnsan resursları üzrə kiçik mütəxəssis vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Hüquq, İqtisadiyyat və ya digər uyğun ixtisaslar)
  • İnsan resurslarının idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə baza bilikləri.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Analitik düşünmə, effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarıqları.
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin hazırlanması, komplektləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək.
  • İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi prosesində iştirak etmək.
  • Əmək müqavilələrinin və onlara əlavə olunan razılaşmaların hazırlanması və rəsmiləşdirilməsinə dəstək göstərmək.
  • İşçilər haqqında məlumatların müvafiq məlumat bazasına daxil edilməsini, mütəmadi yenilənməsini və düzgünlüyünün təmin edilməsini həyata keçirmək.
  • İşçilərin məzuniyyət, ezamiyyət və davamiyyət məlumatlarının qeydiyyatını aparmaq.
  • Vakansiyalar üzrə elanların hazırlanması və yerləşdirilməsi, namizədlərin ilkin seçim prosesində iştirak etmək.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

Ünvan: Xaçmaz rayonu. Xaçmaz rayonunda və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Email-in mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis Xaçmaz” qeyd etməyiniz xahiş olunur.

  • Daily111
  • Weekly232
  • Monthly1416