Tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Kimya, Biotexnologiya və ya əlaqəli ixtisaslar üzrə).
- Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 3 il iş təcrübəsi.
- MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
- Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
- Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
- İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
- Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
- İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
- Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
- Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
- İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
- Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
- Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
- Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş şəraiti
- İş Qrafiki: Növbəli
- İş yeri: İmişli və Biləsuvar rayonlarında yerləşən İstehsalat müəssisələri
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor” qeyd etməyiniz xahiş olunur.