İşə qəbul üzrə baş mütəxəssis

  • Истекает 25 июль 2025

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- Yaxşı;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Problemləri həll etmək bacarığı olmalı. 

İş haqqında məlumat:

  • İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • Qısa namizəd siyahısının tərtibi və onlara dair ətraflı məlumatların verilməsi;
  • Namizədlərin şirkətə, daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
  • İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
  • Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesini həyata keçirmək;
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
  • Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

  • Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər və ya Mürcaiət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İşə qəbul üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly1
  • Monthly2211