İstehsalat Sahə rəisi

  • Истекает 30 ноябрь 2025

Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC

Namizəddən gözləntilər:

  • Müvafiq sahədə ali texniki təhsil
  • İstehsalat və sahə rəhbərliyi üzrə minimum 3–5 il iş təcrübəsi
  • Texnoloji prosesləri dərindən anlama bacarığı
  • Komanda idarəetməsi və istehsalat problemlərinin operativ həlli bacarığı
  • Əmək və təhlükəsizlik qaydalarına dair biliklər

Əsas vəzifə öhdəlikləri:

  • Sahənin istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsinə nəzarət
  • Məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalının təmin olunması
  • Avadanlığın fasiləsiz və tam gücü ilə işləməsinə, istehsalın xammalla təminatına və qənaətinə operativ nəzarət
  • İstehsal prosesində yaranan xətaların aradan qaldırılması və çevik həll yollarının təşkili
  • Əmək məhsuldarlığının artırılması və maya dəyərinin azaldılması üçün əlavə istehsalat ehtiyatlarının müəyyənləşdirilməsi və tətbiqi
  • İstehsalatın planlaşdırılması və qabaqcıl metodların tətbiqi ilə iş yerlərinin təkmilləşdirilməsi
  • Avadanlığın boşdayanma səbəbləri və məhsul keyfiyyətindəki problemlərin analiz edilməsi, həlli yollarının hazırlanmasında iştirak
  • Meyvə-tərəvəz məhsullarının iş yerlərində hərəkətinə və istehsalat tapşırıqlarının icrasına dair operativ uçotun aparılması
  • Növbə nəzarətçiləri, operatorlar və digər işçilərin texnoloji və əmək intizamına riayətinə nəzarət və istiqamətləndirmə
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə tapşırıq və tövsiyələrin verilməsi

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri: Xaçmaz şəhəri

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “İstehsalat Sahə rəisi” göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly425
  • Monthly1022