Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
Namizəddən gözləntilər:
- Müvafiq sahədə ali texniki təhsil
- İstehsalat və sahə rəhbərliyi üzrə minimum 3–5 il iş təcrübəsi
- Texnoloji prosesləri dərindən anlama bacarığı
- Komanda idarəetməsi və istehsalat problemlərinin operativ həlli bacarığı
- Əmək və təhlükəsizlik qaydalarına dair biliklər
Əsas vəzifə öhdəlikləri:
- Sahənin istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsinə nəzarət
- Məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalının təmin olunması
- Avadanlığın fasiləsiz və tam gücü ilə işləməsinə, istehsalın xammalla təminatına və qənaətinə operativ nəzarət
- İstehsal prosesində yaranan xətaların aradan qaldırılması və çevik həll yollarının təşkili
- Əmək məhsuldarlığının artırılması və maya dəyərinin azaldılması üçün əlavə istehsalat ehtiyatlarının müəyyənləşdirilməsi və tətbiqi
- İstehsalatın planlaşdırılması və qabaqcıl metodların tətbiqi ilə iş yerlərinin təkmilləşdirilməsi
- Avadanlığın boşdayanma səbəbləri və məhsul keyfiyyətindəki problemlərin analiz edilməsi, həlli yollarının hazırlanmasında iştirak
- Meyvə-tərəvəz məhsullarının iş yerlərində hərəkətinə və istehsalat tapşırıqlarının icrasına dair operativ uçotun aparılması
- Növbə nəzarətçiləri, operatorlar və digər işçilərin texnoloji və əmək intizamına riayətinə nəzarət və istiqamətləndirmə
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə tapşırıq və tövsiyələrin verilməsi
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Xaçmaz şəhəri
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İstehsalat Sahə rəisi” göstərməyiniz xahiş olunur.