Kateqoriya təkmilləşdirmə üzrə baş mütəxəssis

  • Deadline 12 January 2026

Müəssisə: SUN FOOD MMC

Tələblər:

  • Ali təhsil (Biznes/Marketinq/İqtisadiyyat və s.)
  • FMCG sektorunda minimum 3-4 il iş təcrübəsi (HoReCa / Away From Home (EDT) təcrübəsi üstünlükdür)
  • Analitik düşüncə və data ilə işləmə bacarığı (Excel/Power BI üstünlükdür)
  • Satış inkişafı, məhsul portfeli və ya kanal idarəçiliyində praktiki təcrübə
  • Güclü kommunikasiya, koordinasiya və təqdimat bacarıqları
  • İngilis dili danışıq səviyyəsində tələb olunur; rus dili bilikləri üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Kateqoriya üzrə bazar, rəqib və satış analizlərinin hazırlanması
  • Satış kanallarında inkişaf imkanlarının araşdırılması və tətbiq edilməsi
  • Məsul olduğu kateqoriya, marka portfelində məhsul satışlarının izlənilməsi, lazımi optimizasiya təkliflərinin verilməsi
  • Mütəmadi olaraq marka / portfel analizlərinin, kampaniya / performans hesabatlarının hazırlanması
  • Yeni məhsulun ideyasından başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə aidiyyəti şəxslərlə əlaqə qurulması və məhsulun zamanında bazara təqdim edilməsinin təmin edilməsi
  • Marketinq büdcəsinin strategiyaya uyğun hazırlanması və xərclərin təqib edilməsi
  • Əməkdaşlıq təkliflərinin hazırlanması və partnyor şirkətlərlə əlaqələr qurulması
  • Satış komandasına kanal üzrə alətlərin və təşviq mexanizmlərinin hazırlanması
  • Qiymət, promo və portfel strategiyalarının hazırlanması və performansının təhlil olunması
  • Proseslərin təkmilləşdirilməsi və daxili layihələrin koordinasiya edilməsi
  • Anbar qalıqlarının izlənilməsi, dövr etməsi zəif olan məhsullarla bağlı tədbir alınması üçün satış və ticari marketinq komandasının məlumatlandırılması;

İş şəraiti:

  • İş Qrafiki: Həftə içi 5 gün
  • İş yeri: Bakı şəh., Azersun Holdinq Baş ofis
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya təkmilləşdirmə üzrə baş mütəxəssis  – 27723” qeyd etməyiniz xahiş olunur.

Müraciət üçün link Müraciət Et düyməsində qeyd olunub.

  • Daily101
  • Weekly202
  • Monthly1381