Şirkət: Al Market MMC
Tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahəsi üzrə minimum 3 il
- Qiymət təklifi və Statistik hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli
- Statistikanın aparılması, Təhlil, Monitoriq etmək bacarıqları
- Yüksək səviyyədə Microsoft Office (əsasən EXCEL) biliklərinin olması
- SAP sistemi ilə işləmə bacarığı arzuolunandır
Vəzifə öhdəlikləri:
- Mövsümi, satış potensialı və müştəri tələblərinə əsasən məhsul çeşidini (assortimenti) formalaşdırmaq;
- Yeni məhsul təkliflərini qiymətləndirmək, bazara çıxış potensialını təhlil etmək;
- Qalıq səviyyələrinə nəzarət etmək, yavaş hərəkətli məhsullar üçün təkliflər vermək;
- Həftəlik və aylıq satış göstəricilərini analiz etmək;
- Satış, marja, dövriyyə və itkilərlə bağlı hesabatlar hazırlamaq;
- Məhsulun satış dövriyyəsini izləmək və nəticələrə əsasən düzəliş təklifləri vermək;
- Rəqib brendlərin və bazar tendensiyalarının monitorinqini aparmaq;
- Kateqoriya üzrə KPI-ların yerinə yetirilməsinə cavabdeh olmaq (satış, marja, stok dövriyyəsi və s.).
- Təchizatçılarla əməkdaşlıq münasibətlərini qurmaq və idarə etmək;
- Qiymət danışıqlarında iştirak etmək, sərfəli şərtlər əldə etmək;
- Endirim, aksiyalar və promolar üçün təkliflər hazırlamaq;
- Təchizatçı müqavilələrinin icrasına nəzarət etmək;
- Qiymət dəyişikliklərini vaxtında sistemdə əks etdirmək.
- Aksiyalar zamanı satış nəticələrini qiymətləndirmək və təhlil etmək;
- Brend və məhsul kommunikasiya materiallarının hazırlanmasında iştirak
- Rəflərdə düzgün yerləşməni (planogram) izləmək və geri dönüşləri analiz etmək;
- Satıcı və mağaza rəhbərlərinə kateqoriya ilə bağlı məlumat və yönləndirmə vermək.
- Daxili bölmələr (satınalma, logistika, marketinq, satış) ilə koordinasiyalı işləmək;
Biz nə təklif edirik:
- İş yeri: AL Market MMC Baş ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00, Şənbə-Bazar istirahət günləri
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Servis xidməti mövcuddur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis – AL Market MMC" qeyd etməyiniz xahiş olunur.