Keyfiyyətə nəzarət üzrə İnspektor

  • Истекает 14 июнь 2025

Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

  • Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
  • MS Office proqramları bilikləri;
  • ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Rus dili və ingilis dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
  • Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etmək;
  • Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı; - İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
  • İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməsi;
  • Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilmək
  • Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləmək
  • Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilmək
  • Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilmək
  • Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərmək

İş Qrafiki:

  • Növbəli iş qrafiki 
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

İş Yeri: Biləsuvar

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Biləsuvar)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

  • Daily148
  • Weekly653
  • Monthly1404