Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Peyzaj memarlığı sahəsində təcrübəsi olmalı;
- MS Office, AutoCad , Audobe Photoshop, Sketchup, 3DMax proqramlarla işləmək bacarığı olmalı
- İngilis və rus dili biliyi üstünlükdür
İş haqqında məlumat:
- Ətraf mühitə uyğun bəzək bitkilərinin seçilməsi;
- Mövsümə görə seçilmiş bitkilərin əkilməsi;
- Landşaft dizaynında istifadə olunacaq uyğun materialların seçilməsi;
- Əkilmiş bitkilərin gübrələmə, budama və suvarılması kimi fəaliyyətlərin planlaşdırılmasında və icrasında landşaft memarına köməklik göstərmək;
- Torpaq xüsusiyyətlərinin və quruluşunun təşkilinin əlaqələndirilməsi;
- Müxtəlif bəzək bitkilərinin istehsalı və satışı kimi işlərdə işləmək;
- Sahə yoxlamaları aparmaqla atılacaq addımları müəyyənləşdirir və işlərini yeniləyir;
- Ətraf mühitin mühafizəsi tədbirlərini görmək;
- Ətraf mühitin mühafizəsi məsələləri üzrə məsləhətlərin verilməsi və ətaf mühitə dair hesabatları təhlil edərək risklərə qarşı müvafiq tədbirlər görmək;
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək.
İş yeri: Dreamland (Bakı şəhəri)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Landşaft üzrə texnik” qeyd etməyiniz xahiş olunur.