Mayalandırma mütəxəssis

  • Истекает 30 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vakansiya: Mayalandırma mütəxəssis

Vəzifəyə tələblər:

  • Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili;
  • Süni mayalanma sahəsində praktiki iş təcrübəsi;
  • İribuynuzlu heyvanlarda reproduktiv fiziologiya və cinsi dövrün xüsusiyyətləri üzrə bilikl ər;
  • Süni mayalanma texnikası və mayalanma prosesinin təşkili üzrə təcrübə;
  • Hamiləliyin müəyyən edilməsi və reproduktiv göstəricilərin qiymətləndirilməsi üzrə biliklər;
  • Heyvanların identifikasiyası və reproduktiv məlumatların qeydiyyatının aparılması bacarığı.

Vəzifə öhdəlikləri:

  • Heyvanların reproduktiv dövrünü mütəmadi izləmək və süni mayalanma prosesini həyata keçirmək;
  • Mayalanma üçün nəzərdə tutulan heyvanların sağlamlıq və reproduktiv vəziyyətini qiymətləndirmək;
  • Mayalanmadan sonra heyvanların reproduktiv vəziyyətini izləmək və hamiləliyin müəyyən edilməsini təmin etmək;
  • Reproduktiv problemləri vaxtında aşkar etmək və onların aradan qaldırılması istiqamətində baytar həkimlə birgə fəaliyyət göstərmək;
  • Mayalanma, hamiləlik, doğuş və digər reproduktiv göstəricilərlə bağlı məlumatların qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Sürünün reproduktiv effektivliyinin artırılması və doğuşlararası intervalın optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun olaraq reproduktiv proseslərin səmərəli idarə edilməsinə və süd istehsalının davamlılığının təmin olunmasına dəstək göstərmək.

İş şərtləri:

  • İş ünvanı: Kürdəmir rayonu;
  • İş qrafiki: 6 günlük;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly1