Azərsun Holdinqə daxil olan Sun Food MMC komandamıza Məhsul təqdimatçısı(Promouter) axtarırıq!
Tələblər
- Aktiv, ünsiyyətcil və operativ olmaq;
- Yüksək ünsiyyət və təqdimat bacarıqlarına malik olmaq;
- Müştərilərlə düzgün və effektiv kommunikasiya qurmaq bacarığı;
- Satış və məhsul təqdimatı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri
- Yeni məhsulların təqdimatını həyata keçirmək və istehlakçılarda məhsula maraq və sadiqlik formalaşdırmaq;
- Rəhbər tərəfindən müəyyən edilmiş satış hədəflərinin icrasını təmin etmək;
- Təqdim etdiyi və satdığı məhsullar üzrə istehlakçıların suallarını cavablandırmaq və zəruri məlumatları təqdim etmək;
- Məhsulda problem və ya uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Satışını həyata keçirdiyi məhsulların rəf payının azalması və ya rəfdən götürülməsi halları barədə məlumat vermək;
- Məhsulun stokunun tükənməsi (stock-out) hallarında aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq;
- Məhsulun satış dinamikasını və rəfdə mövcudluğunu müşahidə etmək, aşkar olunan problemlər barədə operativ məlumat vermək.
İş şərtləri:
- İş qrafiki: 5 gün iş, 2 gün istirahət
- Nahar şirkət tərəfindən təmin olunur;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Məhsul təqdimatçısı” qeyd etməyiniz xahiş olunur.