Şirkət: Al Market MMC
Tələblər
- Memarlıq, İnşaat və ya müvafiq texniki ixtisas üzrə bakalavr ali təhsili;
- Təmir-tikinti və ya mağaza layihələrinin icrası üzrə iş təcrübəsi;
- Memarlıq layihələri, çertyojlar və texniki planların hazırlanması üzrə bilik;
- Təmir-tikinti işlərinin sahədə koordinasiyası və podratçıların idarə olunması bacarığı;
- Komanda ilə işləmək, operativ qərar qəbul etmək və texniki problemləri həll etmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Vəzifə öhdəlikləri
- Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək;
- Sahədə ölçü işlərini aparmaq, memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq;
- Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun icrasına nəzarət etmək;
- Usta və podratçıların fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü təşkil etmək;
- Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin qarşılıqlı koordinasiyasını təmin etmək;
- Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş iş qrafikinə uyğun icrasına nəzarət etmək;
- İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Sahədə yaranan texniki və təşkilati problemləri operativ müəyyənləşdirmək və həll prosesini koordinasiya etmək;
- Mağazaların açılış tarixlərinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək;
- Sahədə görülən işlərin gedişatını mütəmadi izləmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək və layihə sənədlərinin düzgün formalaşdırılmasını təmin etmək;
- Layihələrin yekun təhvil-təslim prosesində iştirak etmək və işlərin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq.
İş şəraiti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş yeri: Bakı, AL Market MMC-nin Baş ofis
- Nəqliyyat dəstəyi mövcuddur
- Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Memar – AL Market MMC” qeyd etməyiniz xahiş olunur.