Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil.
- Tikinti və ya sənaye sahəsində mexaniki işlər üzrə ən azı 3 il təcrübə.
- HVAC, su təchizatı, kanalizasiya və digər mexaniki sistemlər üzrə praktik biliklər.
- Layihə sənədləri və texniki çertyojlarla işləmə bacarığı.
- MS Office və AutoCAD (və ya digər mühəndislik proqramları) üzrə biliklər.
- Komanda ilə işləmək, operativ qərar vermək və problemləri çevik həll etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və istehsalat proseslərində mexaniki sistemlərin layihələndirilməsi, quraşdırılması və istismarına nəzarət etmək.
- HVAC (isitmə, havalandırma və kondisioner), su təchizatı, kanalizasiya, nasosxanalar, sıxılmış hava və digər mexaniki avadanlıqların montaj və istismar işlərini təşkil etmək.
- Layihə sənədlərinin və texniki çertyojların tələblərinə uyğun şəkildə işlərin icrasını təmin etmək.
- İşçi qüvvəsinin fəaliyyətini koordinasiya etmək və texniki tapşırıqların vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
- Mexaniki sistemlərin beynəlxalq standartlara, texniki normalara və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
- Layihə sənədlərinin hazırlanmasında və dəyişikliklərin idarə olunmasında iştirak etmək.
- Avadanlıqların sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsini təmin etmək.
- Aylıq və həftəlik iş hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək.
İş şəraiti:
- İş yeri: Cəbrayıl rayonu
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mexaniki sistemlər mühəndisi (HVAC, Su təchizatı və Kanalizasiya) - 27287” qeyd etməyiniz xahiş olunur.