Mühasib

  • Deadline 6 Dekabr 2025

Şirkət: Al Market MMC

Əsas Öhdəliklər:

  • Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil
  • Mühasibatlıq sahəsi üzrə minimum 2 il təcrübəyə sahib olmalı
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə məlumatlılıq
  • Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli
  • New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı
  • Yüksək səviyyədə Microsoft Office (əsasən EXCEL), 1C (8.3) biliklərinin olması
  • SAP, BTP, Logo, EFP sistemləri ilə işləmə bacarığı arzuolunandır

İş haqqında məlumat:

  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu registrlərində düzgün əks etdirilməsini təmin etmək;
  • Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması;
  • Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
  • Əmək haqqı, Məzuniyyət, Son haqq-hesab, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi) ;
  • Bank ödənişlərinin hazırlanması;
  • Ödənişlərin Bankdakı hərəkətlərinə nəzarət edilməsi.

Biz nə təklif edirik:

  • İş yeri: AL Market MMC Baş ofis
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00, Şənbə-Bazar istirahət günləri
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Servis xidməti mövcuddur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib – AL Market MMC" qeyd etməyiniz xahiş olunur. 

  • Daily124
  • Weekly414
  • Monthly1012