Şirkət: Al Market MMC
Əsas Öhdəliklər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil
- Mühasibatlıq sahəsi üzrə minimum 2 il təcrübəyə sahib olmalı
- Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə məlumatlılıq
- Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli
- New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı
- Yüksək səviyyədə Microsoft Office (əsasən EXCEL), 1C (8.3) biliklərinin olması
- SAP, BTP, Logo, EFP sistemləri ilə işləmə bacarığı arzuolunandır
İş haqqında məlumat:
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu registrlərində düzgün əks etdirilməsini təmin etmək;
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması;
- Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
- Əmək haqqı, Məzuniyyət, Son haqq-hesab, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi) ;
- Bank ödənişlərinin hazırlanması;
- Ödənişlərin Bankdakı hərəkətlərinə nəzarət edilməsi.
Biz nə təklif edirik:
- İş yeri: AL Market MMC Baş ofis
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00, Şənbə-Bazar istirahət günləri
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Servis xidməti mövcuddur
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib – AL Market MMC" qeyd etməyiniz xahiş olunur.