Mühasib

  • Deadline 4 Yanvar 2026

Müəssisə: QIDA -AGRO MMC

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi; 
  • Mühasibat və vergi uçotu sahəsində 3-5 il iş təcrübəsi;
  • Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması bacarığı;
  • MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • 1C və ya analoji mühasibat proqramlarında işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmə bacarığı;

Əsas vəzifə öhdəlikləri:

  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etmək;
  • Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması, vergi sahəsi üzrə bütün hesabatların vaxtında göndərilməsi;
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə müvafiq orqanlara göndərilməsi;
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və s.) hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi, bəyannamələrin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək;
  • Bank və kassa üzrə daxil olan və məxaric olunan pul vəsaitlərinin sənədləşdirilməsi və uçotunun aparılması;
  • Debitor və kreditor hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtibinin təşkili və nəzarət edilməsi;
  • Aylıq debitor-kreditor hesabatların tərtibinin təşkili;
  • Müştərilərlə üzləşmə aktlarını və hesabatları hazırlamaq;
  • İnternet banking əməliyyatlarının (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası və s.) həyata keçirilməsi;
  • ƏDV depozit əməliyyatlarının aparılması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
  • Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymadan icra etmək, şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək;
  • Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları, baş vermiş qəzalar və bədbəxt hadisələr barədə dərhal işəgötürənin nümayəndələrinə məlumat vermək;
  • Qida təhlükəsizliyi ilə bağlı, iş prosesi və məhsul istehsalı zamanı yarana biləcək təhlükələrə görə məsuliyyət daşımaq.

İş qrafiki və ünvan:

  • İş yeri: İmişli rayonu
  • İş qrafiki: 5 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin edilir

Müraciət qaydası:

  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
  • Email-in mövzu hissəsində “Mühasib (İmişli) – 27982” qeyd etməyiniz xahiş olunur.
  • Daily30
  • Weekly475
  • Monthly475