Sahə rəisi

  • Deadline 30 Noyabr 2025

Müəssisə:  AZ DUZ İSTEH. BIRLIYI QSC

Namizəddən gözləntilər:

  • Müvafiq sahə üzrə ali texniki təhsil;
  • İstehsalat və avadanlıq təmiri sahəsində minimum 5–10 il iş təcrübəsi;
  • Mexaniki, borulama və nasos sistemlərinin iş prinsiplərini dərindən bilmə bacarığı;
  • P&ID (Piping and Instrumentation Diagram) və izometrik çertyojlarla işləmək bacarığı;
  • Komanda idarəetməsi, texniki proseslərə nəzarət və nasazlıqların operativ həlli bacarığı;
  • ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və Qida Təhlükəsizliyi standartları üzrə biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına dair biliklər.

Əsas vəzifə öhdəlikləri:

  • Sistemin ilk işə salınmasından əvvəl qabların, nasosların, alətlərin və boru birləşmələrinin vizual yoxlanılması və ümumi təmizliyin təmin edilməsi;
  • Təhlükəsizlik avadanlıqlarının (yanğınsöndürmə stansiyaları, qoruyucu klapanlar, həyəcan lampaları, təhlükəsizlik kilidləri və s.) yoxlanılması;
  • Qab və nasosların hidrostatik testinin həyata keçirilməsi və mexaniki avadanlıqların işlək vəziyyətdə saxlanılması;
  • Borulama və cihaz diaqramlarına (P&ID) və izometrik çertyojlara uyğunluğun yoxlanılması;
  • Nasosların mühərriklərinin, yağ səviyyələrinin, soyutma xətlərinin və sızdırmazlıq hissələrinin nəzarətdə saxlanılması;
  • Sistemin vakuum sınağının yerinə yetirilməsi və fırlanan avadanlıqlarda nasazlıqların təyin olunaraq aradan qaldırılması;
  • Buxar tutucuların (steam trap), buxar çıxış avadanlıqlarının və salnik soyutma sistemlərinin işləkliyinə nəzarət;
  • İstehsalatda yaranan mexaniki nasazlıqların operativ aradan qaldırılması və işin fasiləsizliyinin təmin olunması;
  • İllik Təmir Planına əsasən fabrikin bütün sahələrində təmir-baxım işlərinin aparılması və elektron proqramda qeydiyyatın aparılması;
  • Təmir üçün tələb olunan materialların təminatına nəzarət, çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək;
  • Montaj, demontaj və modernləşdirmə işlərinin planlı şəkildə icrasını təşkil etmək;
  • Texniki işlərin gedişini izləmək, digər şöbələrlə əlaqə saxlamaq və hesabatları Fabrika direktoruna təqdim etmək;
  • Təmir və istehsalat zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi riayət etmək;
  • Yeni texnologiyaların tətbiqində, modernləşdirmə layihələrində və yeni əməkdaşların öyrədilməsində iştirak etmək;
  • Qida təhlükəsizliyi, əməyin mühafizəsi və sanitar-gigiyena tələblərinin icrasına nəzarət etmək.

İş vaxtı:

  • 5 günlük iş rejimi;
  • İstirahət günləri: Şənbə və Bazar.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar və Servis xidməti şirkət tərəfindən təmin edilir.

 İş yeri: Azərbaycan Duz İstehsalat Birliyi MMC / Abşeron rayonu Masazır qəsəbəsi

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Sahə rəisi - 26895 ” yazmağınız xahiş olunur.

  • Daily124
  • Weekly414
  • Monthly1012