Müəssisə: AZ DUZ İSTEH. BIRLIYI QSC
Namizəddən gözləntilər:
- Müvafiq sahə üzrə ali texniki təhsil;
- İstehsalat və avadanlıq təmiri sahəsində minimum 5–10 il iş təcrübəsi;
- Mexaniki, borulama və nasos sistemlərinin iş prinsiplərini dərindən bilmə bacarığı;
- P&ID (Piping and Instrumentation Diagram) və izometrik çertyojlarla işləmək bacarığı;
- Komanda idarəetməsi, texniki proseslərə nəzarət və nasazlıqların operativ həlli bacarığı;
- ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və Qida Təhlükəsizliyi standartları üzrə biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına dair biliklər.
Əsas vəzifə öhdəlikləri:
- Sistemin ilk işə salınmasından əvvəl qabların, nasosların, alətlərin və boru birləşmələrinin vizual yoxlanılması və ümumi təmizliyin təmin edilməsi;
- Təhlükəsizlik avadanlıqlarının (yanğınsöndürmə stansiyaları, qoruyucu klapanlar, həyəcan lampaları, təhlükəsizlik kilidləri və s.) yoxlanılması;
- Qab və nasosların hidrostatik testinin həyata keçirilməsi və mexaniki avadanlıqların işlək vəziyyətdə saxlanılması;
- Borulama və cihaz diaqramlarına (P&ID) və izometrik çertyojlara uyğunluğun yoxlanılması;
- Nasosların mühərriklərinin, yağ səviyyələrinin, soyutma xətlərinin və sızdırmazlıq hissələrinin nəzarətdə saxlanılması;
- Sistemin vakuum sınağının yerinə yetirilməsi və fırlanan avadanlıqlarda nasazlıqların təyin olunaraq aradan qaldırılması;
- Buxar tutucuların (steam trap), buxar çıxış avadanlıqlarının və salnik soyutma sistemlərinin işləkliyinə nəzarət;
- İstehsalatda yaranan mexaniki nasazlıqların operativ aradan qaldırılması və işin fasiləsizliyinin təmin olunması;
- İllik Təmir Planına əsasən fabrikin bütün sahələrində təmir-baxım işlərinin aparılması və elektron proqramda qeydiyyatın aparılması;
- Təmir üçün tələb olunan materialların təminatına nəzarət, çatışmazlıq olduqda rəhbərliyə məlumat vermək;
- Montaj, demontaj və modernləşdirmə işlərinin planlı şəkildə icrasını təşkil etmək;
- Texniki işlərin gedişini izləmək, digər şöbələrlə əlaqə saxlamaq və hesabatları Fabrika direktoruna təqdim etmək;
- Təmir və istehsalat zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi riayət etmək;
- Yeni texnologiyaların tətbiqində, modernləşdirmə layihələrində və yeni əməkdaşların öyrədilməsində iştirak etmək;
- Qida təhlükəsizliyi, əməyin mühafizəsi və sanitar-gigiyena tələblərinin icrasına nəzarət etmək.
İş vaxtı:
- 5 günlük iş rejimi;
- İstirahət günləri: Şənbə və Bazar.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar və Servis xidməti şirkət tərəfindən təmin edilir.
İş yeri: Azərbaycan Duz İstehsalat Birliyi MMC / Abşeron rayonu Masazır qəsəbəsi
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya Müraciət et düyməsində qeyd olunan hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Sahə rəisi - 26895 ” yazmağınız xahiş olunur.