Satış şöbə müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış şöbə müdiri

  • Истекает 20 октябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə aid tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə minumum  5 il təcrübəsi olmalı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı;
  • Dil biliklərinin olması üstünlükdür;
  • Qərarvermə qabiliyyəti və məsuliyyətli olmalı.

İş haqqında məlumat:

  •    Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi. 
  • Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
  • Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.  
  • Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək. 
  • Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi. 
  • Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
  • Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi. 
  • Cari ayın satış və rəf penetrasiyasının qarşılıqlı araşdırılması, penetrasiyası aşağı olan məhsulların penetrasiya rəqəmlərinin yüksəldilməsi istiqamətində tədbirlər görülməsi.
  • Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
  • Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll olunması.
  • Marketlərdə məhsulların sərgiləmə və penetrasiyasının kontrolu, təsbit edilən çatışmamazlıqlar ilə bağlı dərhal tədbirlər görülməsi. 
  • Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
  • Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
  • Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
  • Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.  
  • İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.  
  • Bazardakı məhsul hərəkətlərini incələmək, lazımi hallarda tədbirlərin görülməsi üçün rəhbərə müraciət etmək.Satışı zəif olan məhsulların satışını artırmağa yönəlmiş planlar hazırlamaq, əsas məhsulların siyahılaşdırılmasını , satış tempini və hərəkətliliyini təqib etmək. 
  • Məhsul şikayətlərinin şikayət mərkəzinə və alınan cavabın müvafiq müştəriyə çatdırılmasını təmin etmək. 
  • Yeni tanıdılan məhsulların satışlarını izləmək və satışı zəif olan məhsullara dəstək olaraq satışını yüksəltmək.
  • İadə faizinin aşağı salınması üçün iadəsi yüksək olan məhsulları kateqoriya işçiləri ilə görüşüb tədbirlərin görülməsi 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected]  elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış  şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri: 

  • Bakı şəhəri  Binə qəsəbəsi 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

 

  • Daily1
  • Weekly606
  • Monthly1889