Satış üzrə aparıcı mütəxəssis (əmlak)

  • Истекает 11 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müəssisə: Xəyal Adası MMC

Dreamland Baku ərazisində yaşayış və kommersiya obyektlərinin satışı və kirayəsi üzrə prosesləri idarə edəcək peşəkar əməkdaşları komandamıza dəvət edirik.

Namizəd Dreamland daxilində satış və icarəyə təqdim olunan mənzil, villa və digər yaşayış obyektləri üzrə müştəri bazasının formalaşdırılması, potensial alıcı və kirayəçilərlə əlaqələrin qurulması, obyekt təqdimatlarının təşkili və satış prosesinin effektiv idarə olunmasına cavabdeh olacaq, və Dreamland-də keçiriləcək tədbirlərlərin təşkilinə dəstək olacaqdır.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və aidiyyəti ixtisaslar üzrə)
  • Əmlak satışı və ya kirayəsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət, təqdimat və peşəkar danışıqlar aparmaq qabiliyyəti;
  • Potensial müştərilərlə aktiv işləmək və uzunmüddətli əlaqələr qurmaq bacarığı;
  • CRM sistemi və satış yol xəritəsinin (sales pipeline) idarəçiliyi üzrə bilik və təcrübə üstünlükdür;
  • Azərbaycan dili səlis, danışıq səviyyəsində rus və ingilis dillərində biliyi;
  • Dreamland Baku və ətraf ərazilər haqqında məlumatlı olmaq üstünlük sayılır;
  • Korporativ müştərilər, investorlar və beynəlxalq alıcılarla işləmə təcrübəsi (üstünlükdür).

Əsas Vəzifə Öhdəlikləri: 

  • Dreamland Baku ərazisində yaşayış və kommersiya obyektlərinin satışı və kirayəsi üzrə proseslərin idarə edilməsi;
  • Satış və kirayə üçün mövcud mənzil, villa və digər obyektlərin təqdimatının aparılması;
  • Obyektlərə baxışların, təqdimat turlarının və satış görüşlərinin təşkili və müşayiət edilməsi;
  • Müştərilərə Dreamland Baku ərazisi, layihə, obyektlər, qiymətlər, ödəniş şərtləri və üstünlüklər barədə dolğun məlumat verilməsi;
  • Satış pipeline və lead-lərin gündəlik idarə olunması, müştəri məlumatlarının CRM sistemində vaxtında və düzgün qeydiyyatı;
  • Mövcud müştəri bazasının formalaşdırılması, inkişaf etdirilməsi, yenilənməsi və premium müştəri seqmenti ilə peşəkar danışıqların aparılması;
  • Korporativ müştərilər, investorlar və beynəlxalq alıcılarla əlaqələrin genişləndirilməsi, resident məmnuniyyətinin artırılması;
  • Satış müqavilələri, rezervasiyalar və ilkin sənədləşmə prosesində iştirak;
  • Əmlak bazarı üzrə yeniliklərin, mövcud bazar trendlərinin, rəqiblərin və qiymət siyasətinin izlənilməsi;
  • Satış və kirayə üzrə aylıq KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Marketinq komandası ilə birgə kampaniyalar, təqdimatlar və satış yönümlü fəaliyyətlər üzrə əməkdaşlıq;
  • Dreamland Baku ərazisində keçiriləcək korporativ və sosial tədbirlərin təşkil edilməsi, idarə olunması və bu proseslərə dəstək göstərilməs.

İş şəraiti

  • İş Qrafiki: Həftədə 5 gün, həftə içi 2 gün istirahət
  • İş yeri: Bakı, Dreamland Baku (Xəyal Adası MMC)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə aparıcı mütəxəssis - 34532” qeyd etməyiniz xahiş olunur.

  • Daily126
  • Weekly366
  • Monthly964