Smeta üzrə Baş Mühəndis

  • Deadline 23 February 2026

Müəssisə:  AZƏRSUN HOLDINQ MMC

Tələb olunan bilik və bacarıqlar:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 5 il təcrübə
  • Tikinti smeta proqramlarında yüksək səviyyədə bilik
  • Analitik düşüncə, detal yönümlülük və liderlik bacarıqları
  • Tikinti normativləri və standartları üzrə məlumatlılıq

Əsas vəzifə öhdəlikləri:

  • Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
  • Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
  • Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
  • Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
  • Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
  • Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
  • Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması

Sizi nə gözləyir?

  • Kompleks layihələrdə iştirak imkanı
  • Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
  • İnkişaf yönümlü şirkət mədəniyyəti

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş Qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat dəstəyi mövcuddur

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “Smeta üzrə Baş Mühəndis - 26874” göstərməyiniz xahiş olunur. 

  • Daily1
  • Weekly505
  • Monthly1937