İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 3 növbə
Namizədə tələblər:
- Təhsili: Mexanik ixtisasını bitirən həm peşə məktəbi həm ali təhsil
- İş təcrübəsi: 1 il
- Xarici dil: Tələb olunmur
- Kompüter biliyi: Tələb olunmur
Əmək funksiyası:
- Təmir olunacaq mürəkkəb quruluşlu dəzgahlarda sökmə və yığma işlərinə nəzarət edir, istiqamət verir
- Nasaz dəzgahlarda problemi aşkar edir, analiz edərək aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdən sonra yoxlayaraq dəzgahı istifadəyə verir
- Yaranmış problemlərin səbəbini aydınlaşdırır və önləyici tədbirlər həyata keçirir
- İllik texniki təmir planı üzrə zavod daxilindəki avadanlıq və mexanizmlərin təmir-sazlamasını (sıxma-bərkitmə, yağlama) həyata keçirir
- Görülən işlər və istifadə olunan materiallar haqqında rəhbərliyə hesabat verir
- Təmir işlərində lazım olan hissələri sifariş verilməsi üçün mütəmadi olaraq rəhbərinə bildirir.
- Texniki təmir sahəsi işçilərinin əl alətləri və avadanlıqlardan doğru şəkildə istifadə etmələrinə nəzarət edir
- Nasaz mexanizmlərin saz vəziyyətdə olan hissələrindən istifadə edərək digər dəzgahları təmir edir, işlək vəziyyətə gətirir
- İşçiləri iş öncəsi təlimatlandırır və iş yerində təhlükəsiz iş mühitinin yaradılmasını təmin edir
- Baş vermiş mexaniki qəzaların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdə iştirak edəcək işçiləri təyin edir
- Zavod daxilindəki bütün işlək mexanizm, dəzgah və avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edir
- Dəzgah və avadanlıqlardan düzgün istifadə edilməsi üçün operatorlara maarifləndirici məlumatlar verir
- 5 tonluq kran vasitəsi ilə detalların daşınmasını həyata keçirir (sertifikatı olan)
- Proqram təminatı üzərindən açılmış qəzaları qəbul edir, görülən işləri və varsa istifadə olunmuş materiallar haqqında məlumat daxil edərək qəzanı bağlayır.
- Gecə növbəsi üçün aralıq anbarından materialların giriş və çıxışını qeyd edir.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.