Azertexnolayn Azertexnolayn
  • 287

Frontend Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Frontend Mühəndisi

  • Истекает 3 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Struktur: Optimallaşdırma və Rəqəmsal Transformasiya Departamenti/ Proses Avtomatlaşdırılması və Rəqəmsallaşdırma şöbəsi

Əsas vəzifə öhdəlikləri:

  • Rəqəmsal idarəetmə platformaları üçün frontend tətbiqlərinin hazırlanması və texniki dəstəyin göstərilməsi;
  • İstifadəçi interfeyslərinin (UI) qurulması;
  • BPM tapşırıq panellərinin hazırlanması;
  • Tasklar üçün tələblərin formalaşdırılması;
  • İdarəetmə panelləri (dashboardlar) və hesabatların hazırlanması;
  • Frontend tətbiqlərinin Backend API-ləri (BPM və Python servisləri) ilə inteqrasiyası;
  • Autentifikasiya və rol əsaslı giriş mexanizmlərinin tətbiqi;
  • Adaptiv (responsive) və istifadəçi üçün rahat dizaynın təmin edilməsi;
  • Təmiz, modul və təkrar istifadə oluna bilən kod bazasının saxlanılması;
  • Backend mühəndisi və şöbə rəhbəri ilə sıx əməkdaşlıq;
  • UI/UX təkmilləşdirmələrində aktiv iştirak.

Seçim meyarları:

  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Texniki biliklər: React, JavaScript, SQL, REST API;
  • MS Office bilikləri;
  • Dil bilikləri: İngilis dili.

Şəxsi və peşəkar bacarıqlar:

  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə qabiliyyəti;
  • Texniki sənədlərlə işləmə vərdişi;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Davamlı öyrənməyə açıq olmaq.

İş şərtləri:

  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
  • Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Frontend mühəndisi" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

  • Daily114
  • Weekly528
  • Monthly535