Əmək funksiyası:
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
- İşçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
- Şəxsi işlərin arxivləşməsini aparır;
- Sənədlərin operativ qeydiyyatını aparır;
- Müəyyən olunmuş hesabatları tərtib edir;
- ERP sistemə əsasən işçilərin girişlərini və çıxışlarını yoxlayır və gündəlik qeydiyyatları icra edir.
- Nizam İntizamlara əsasən işçilərin izahatlarını alır, CV-lərin və görüşülən namizədlərin qeydlərini elektron icra edir.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Bilməlidir:
- Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
- Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
- Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu;
- Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını;
- Əməyin təşkilinin əsaslarını;
.İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- İstirahət günü: Şənbə və Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
- MS Office proqramları, ƏMAS
- İnsan Resursları üzrə ən azı 1 il iş təcrübəsi
- İxtisas: Psixologiya və ya İqtisadiyyat
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- Əmək məcəlləsindən test imtahanı
- İkinci mərhələ- İnsan resursları şöbə rəsi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44