Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Mühəndis mexanik” tələb olunur!
Əmək funksiyası:
- Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini və dərəcəsini təyin etmək;
- Mürəkkəb dəzgahların, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;
- İllik Texniki Plana uyğun olaraq planlı xidmətlərin mütəmadi keçirilməsini təşkil etmək
- Aylıq hesabatların hazırlanılması.
- Kritik hissələrin müəyyənləşdirilməsi,sifariş keçirilməsi üçün şöbə rəisinə vaxtında məlumatın verilməsi.
- İşçilərin işlərinin müəyyənləşdirilmiş plan üzrə bölünməsi.
- Müxtəlif konstruksiyalı mexanizmlərin hazırlanılması və dəqiq emal işlərinin görülməsinin təşkil olunması
- Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
- Avadanlığın sazlanması üçün lazımi hesabatlar aparılması;
- Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
- sonra sınamaq üçün avadanlığın işlədilməsi;
- Quraşdırılan sistem elementlərinin yerində uyğunlaşdırmaq. Qol boru və keçidlərin yerində hazırlamaq;
Bilməlidir:
- Xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarını
- Dəzgahın pasportunu və çertyojlarını.
- Quraşdırılmış dəzgah və ya qurğunun texniki rəsminin və pasportunun hazırlanılması
- Texniki rəsmlərin çəkilməsi və hazırlanılması üçün proqramları
- Prosedura uyğun olaraq sənədləşmə və yazışma qaydalarını
- İndukison sobaların quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
- Materialların əsas texnoloji və mexaniki xassələrini;
- Xüsusən mürəkkəb maşınların, konstruksiya xüsusiyyətlərini;
- Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
- İstirahət günü: Şənbə və Bazar günü
Namizədə tələblər:
- Ali təhsil
- İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
- MS Office proqramları
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- İxtisas: Mexanika, Mühəndislik
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- Məntiqdən test imtahanı
- İkinci mərhələ- Texniki xidmət və təmir şöbə rəisi və İnsan resursları şöbə rəsi ilə müsahibə
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Mühəndis mexanik” başlığı altında qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44